23:32 23-02-2021
news_image
130
FUTBOL

Ronaldo-Messi tandemi yaranacaq? – PSJ-də

“Yuventus”un hücumçusu Kriştianu Ronaldo mövsümün sonunda komandasını dəyişəcək.

Apasport.az saytı xəbər verir ki, bu barədə italiyalı tanınmış jurnalist Fabio Santini məlumat yayıb.

Transferləri öncədən yayması ilə tanınan Santini portuqaliyalı superulduzun İtaliyadan ayrılmaq qərarına gəldiyini iddia edib. O, Ronaldonun hətta meneceri Xorxe Mendesi bu barədə təlimatlandırdığını da söyləyib: “CR7 yeni macəra axtarışındadır. Portuqaliyalı PSJ-yə keçməyi planlaşdırır”.

Əgər Ronaldo PSJ-yə yollanarsa, Fransa klubunda Ronaldo–Messi tandemini izləyə bilərik. Çünki parislilər “Barselona”nın kapitanı Lionel Messini də yayda heyətə cəlb etmək niyyətindədir.

Qeyd edək ki, Kriştianu Ronaldonun “Yuventus”la müqavilə müddəti gələn ilin yayına qədərdir.