17:24 23-02-2021
news_image
128
FUTBOL

Suares: “Barselona” məni qovdu” - ETİRAF

“Atletiko”nun hücumçusu Luis Suares növbəti dəfə “Barselona”dan ayrılmasına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, uruqvaylı forvard ötən ilin yayında Kataloniya klubunun onu qovduğunu etiraf edib.

34 yaşlı qolçu həmin günləri xatırladıqda özünü pis hiss etdiyini söyləyib: “Gözəl illərin ardından belə ayrılığa layiq deyildim. O anı xatırlamaq istəmirəm. Çünki “Barselona” məni qovdu. Mənə güvənmədiklərini dedilər. Bir neçə təklif alsam da, rəqabəti sevən komanda olan “Atletiko”ya keçmək cəlbedici gəldi. Seçimimdə yanılmadığını görürəm”.

Qeyd edək ki, cari mövsüm La Liqada 16 qola imza atan Luis Suares “Barselona”nın kapitanı olan sabiq komanda yoldaşı Lionel Messi ilə birlikdə bombardirlər yarışına başçılıq edir. Onun komandası “Atletiko” isə 55 xalla birinci pillədə qərarlaşır.