17:59 23-02-2021
news_image
88
FUTBOL

“Onlara qarşı matçdan əvvəl yata bilmirdim” – Neqredo

“Kadiz”in hücumçusu Alvaro Neqredo üz-üzə gəldiyi ən güclü müdafiəçiləri sıralayıb.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı forvard indiyə qədər yalnız iki arxa xətt oyunçusundan çəkindiyini etiraf edib.

O, “Barselona”nın sabiq kapitanı Karles Puyol və “Real”ın hazırkı lideri Serxio Ramosu digərlərindən fərqləndirib: “Ən çətini Puyola qarşı oynamaq idi. Mən gənc idim, o isə bütün zirvələri fəth etmişdi. Serxio Ramosun da oyun tərzi oxşardır. Qarşılaşma zamanı hərtərəfli güclüdür, keyfiyyətli futbolçudur. Sizi qorxudur, driblinq edir və cəsarətlə oynayır. Ramos “Real”da Pepe ilə tandem təşkil edəndə onlara qarşı matçdan bir gün öncə yata bilmirdim. Sonradan Pepe ilə “Beşiktaş”da bir yerdə çıxış etdim”.

Qeyd edək ki, bu mövsüm 21 oyunda 6 qol vuran Alvaro Neqredo karyerası ərzində “Real”, “Sevilya”, “Mançester Siti” və “Valensiya” kimi klubların formasını geyinib.