19:49 23-02-2021
news_image
131
FUTBOL

Millimizin oyunları ləğv olundu – Avropa çempionatında

UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, qurum koronavirus pandemiyası ilə bağlı bir sıra qərarlar çıxarıb.

Oğlanlar və qızlardan ibarət U-19-lar arasında Avropa çempionatının 2020/21 mövsümü ləğv edilib. Azərbaycan milli komandalarının turnirlərdəki görüşləri də baş tutmayacaq.

Futzal üzrə Çempionlar Liqasının 2020/21 mövsümünün final oyununun yeri dəyişdirilib. Matç Belarusda deyil, Xorvatiyada təşkil olunacaq. Aprelin 28-dən mayın 3-dək olan müddətə təsadüf edəcək finalı Minskin əvəzinə Zaqreb qəbul edəcək.

U-21-lərin Avropa çempionatının final mərhələsində beyin silkələnməsi şübhəsi səbəbindən iki əlavə oyunçu dəyişikliyi sınanacaq.