23:08 23-02-2021
news_image
115
FUTBOL

“Ümid edirəm, məğlubiyyəti unutdura bildik” – millimizin baş məşqçisi

“İspaniya ilə oyundan sonra bu qarşılaşmaya köklənmək bir qədər çətin oldu”.

Apasport.az saytının məlumatına görə, bunu qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.

O, AVRO-2022-nin seçmə mərhələsinin Moldova ilə Bakıdakı qarşılaşması barədə fikirlərini açıqlayıb. Əsgərov ardıcıl 7 məğlubiyyətdən sonra alınan 1:0 hesablı qələbəyə şərh verib: “Komandam 90 dəqiqə xarakter, mübarizə, istək nümayiş etdirdi. Düzdür, oyun ərzində bəzi tapşırıqları daha dəqiq yerinə yetirə bilərdik. Misal üçün, əlavə qollar vura bilərdik. Bu çatışmazlıq oyun təcrübəmizin az olması ilə əlaqədardır. Əsas o idi ki, oyundan əvvəl verdiyimiz sözümüzü tutduq və qələbə qazandıq. Qələbə münasibətilə komandamı təbrik və təşəkkür edirəm. Ümid edirəm, əldə etdiyimiz qələbə ilə əvvəlki məğlubiyyəti unutdura bildik”.

Moldova millisinin baş məşqçisi Eduard Blanuta isə AFFA-nın saytına bildirib ki, qələbəni hansı komanda daha çox istədi, o da qələbə qazandı: “Müsbət məqam ondan ibarətdir ki, komandam istədiyimiz oyunu nümayiş etdirdi. Oyunumuzda çatışmayan yeganə cəhət hesabı bərabərləşdirə bilməməyimizdir. Bu da oyunun gedişində müəyyən mənada oyun üslubumuzu dəyişməyimizə səbəb oldu”.

Qeyd edək ki, 3 xal toplayan yığmamız tsikli sonuncu – 5-ci pillədə başa vurub.