09:05 24-02-2021
news_image
253
FUTBOL

43 günlük məşqçi – Türkiyə klubunda

Türkiyənin “Kayserispor” klubunda növbəti baş məşqçi istefası gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi Dan Petresku ilə yollarını ayırıb.

Rumıniyalı mütəxəssis təyinatından cəmi 43 gün sonra postunu tərk edib. Çalışdırıcı istefasını ailə məsələləri ilə izah edib.

Qeyd edək ki, Petreskunun rəhbərliyi altında 8 oyuna çıxan Kayseri təmsilçisi 2 qələbə qazanıb, 3 heç-heçə edib və 3 dəfə uduzub.