09:26 24-02-2021
news_image
445
FUTBOL

500 milyonluq stadion – Premyer Liqa klubu üçün

İngiltərənin “Everton” klubu yeni stadionun inşası üçün icazə alıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu 500 milyon funt sterlinq dəyərində 53 min tamaşaçı tutumuna malik arena tikdirəcək.

Liverpul təmsilçisi 1892-ci ildən oynadığı indiki stadionunu 2024/25 mövsümündən tərk edə biləcək. Yeni arena yalnız həmin vaxta hazır olacaq.

Qeyd edək ki, 9 dəfə İngiltərə çempionu olan “Everton” 1995-ci ildən sonra heç bir titul qazanmayıb.