13:17 24-02-2021
news_image
401
FUTBOL

Legionerlər də fayda vermədi – sonuncu yerdən qaçmağa

Qadınlar arasında AVRO-2022-nin seçmə mərhələsində fiasko ilə üzləşən Azərbaycan yığması tsiklin 8 oyununda 22 futbolçunun xidmətindən yararlanıb.

Apasport.az saytının məlumatına görə, İspaniya, Çexiya və Polşaya qarşı keçirdiyi bütün qarşılaşmalarda böyük hesablı məğlubiyyətləri sıralayan komandamız Moldova kimi o qədər güclü olmayan rəqibi də turnir cədvəlində qabaqlaya bilməyib.

D qrupunda 5 komanda arasında sonuncu olan yığmanı milliləşən legionerlər də xilas etməyib. Baş məşqçi Siyasət Əsgərov güvəndiyi 22 futbolçu arasında başqa ölkələrdən tapılan “istedadlar”la da nəyə isə nail olmayıb.

Qapıçı Aytac Şərifova, müdafiəçilər Nərgiz Hacıyeva, Alina Dorofeyeva və yarımmüdafiəçi Aysun Əliyeva bütün qarşılaşmalarda iştirak edib. İki qolu da sonuncu iki futbolçu vurub. Maraqlıdır ki, UEFA-ya hücumçu kimi sifariş olunan futbolçular ümumilikdə 3 oyun keçirib. Yəni 8 matçdan üçündə hücumçumuz olub.

Alina Dorofeyeva, Yeliz Acar, Neslihan Bozkaya, Kristina Bakarandze, Nazlican Parlak, Mislina Gözükara kimi legionerlərə şans verən mütəxəssis sərəncamında olan digər legionerləri meydana buraxmağa ehtiyac duymayıb. Gülsüm Tuns, Salome Qasviani, Nisrine Maria Zerioul sifariş vərəqində olsa da, heç bir görüşdə iştirak etməyib.

Qapıçı:
Aytac Şərifova – 8 (-35)
Müdafiəçilər:
Nərgiz Hacıyeva – 8
Alina Dorofeyeva – 8 (1)
Vüsalə Seyfəddinova – 7
Yeliz Acar - 7
Nigar Mirzəliyeva - 7
Diana Məmmədova – 5
Ayşən Əhmədova – 4
Mailə Mollayeva – 3
Kamilə Məmmədova - 3
Neslihan Bozkaya – 1
Yarımmüdafiəçilər:
Aysun Əliyeva – 8 (1)
Vüsalə Hacıyeva – 7
Kristina Bakarandze – 7
Nazlican Parlak - 6
Jalə Məhsumova – 6
Coşqunə Əliyeva – 5
Sevinc Cəfərzadə - 3
Firəngiz Teymurova – 2
Roza Quliyeva – 2
Hücumçular:
Sona Rəhimova – 2
Mislina Gözükara – 1