13:53 24-02-2021
news_image
119
FUTBOL

450 milyon avroluq yaxtası hazırlanır – klub prezidentinin

“Çelsi”nin sahibi Roman Abramoviç yeni yaxtaya sahib olacaq.

Apasport.az saytının məlumatına görə, Solaris yaxtası 145 metrdən ibarət olacaq.

“Lloyd Werft” gəmiqayırma zavodunda hazırlanan böyük yaxtanın gələn həftə istifadəyə verilməsi gözlənilir. Onun tərkibində 8 göyərtə, lift, idman zalı, helikopter meydançası, cakuzi, hovuz, helikopter anqarı və müşayiət gəmiləri üçün bir qarajla təchiz ediləcək.

Yaxtada 38 nəfərə qədər sərnişin və 60 nəfərlik heyəti qəbul edəcək 48 kayut var. Gəminin dəyərinin 450 milyon avroya bərabər olduğu bildirilib.