17:29 24-02-2021
news_image
163
DİGƏR NÖVLƏR

İlin 3 nominasiyada ən yaxşısı adına namizədlər – ADLAR

Üç nominasiya üzrə ilin ən yaxşısı adına namizədlər müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Laureus World Sports Awards” ötən ilin komandası, ən yaxşı idmançısı və ən sürətli inkişafda olan gənc idmançısı adına namizədləri açıqlayıb.

İlin komandasına namizədlər: futbol - “Liverpul”, “Bavariya”; MBA – “Los Anceles Leykers”; “Formula-1” – “Mercedes”; NFL – “Kanzas Siti Çifs”; reqbi üzrə Argentina millisi.

İlin idmançısı adına namizədlər: futbol – Robert Levandovski (“Bavariya”), tennis – Rafael Nadal; MBA – Lebron Ceyms (“Leykers”); “Formula-1” – Luis Hemilton (“Mercedes”); dirəklə tullanma – altıqat dünya rekordçusu Arman Dyuplantis; atlet – 10000 m məsafəyə qaçışda uqandalı dünya rekordçusu Coşua Kiprui Çepteqey.

İlin ən sürətli inkişafda olan gənc idmançısı: futbol – Ansu Fati (“Barselona”); tennis – Dominik Tim, İqa Şventek; NFL – Patrik Mahomes (“Kanzas Siti Çifs”); motosiklet – Xoan Mir (“Suzuki”); velosiped – Tadey Poqaçar.