17:46 24-02-2021
news_image
241
FUTBOL

“Onun üçün ailəmi də ataram” – gənc futbolçunun sevgilisi

İtaliya futbolunun son illər yetişdirdiyi ən parlaq gənclərdən biri hesab edilən Sandro Tonalinin sevgilisi Culya Pastore instaqram səhifəsi vasitəsilə maraqlı paylaşımlar etməklə populyardır.

Apasport.az saytının məlumatına görə, ötən il “Breşiya”dan 10 milyon avro qarşılığında icarə əsasında “Milan”a keçən 21 yaşlı yarımmüdafiəçinin sevgilisi son olaraq azarkeşlərin suallarını cavablandırıb.

“Milan” fanatlarından birinin “puluna görə Tonali ilə birlikdə deyilsən” sualına qəzəblənən Culya futbolçu ilə hələ məşhur olmazdan əvvəl tanış olduqlarını söyləyib: “Onunla tanış olanda məşhur deyildi. Artıq neçə ildir ki, bir yerdə yaşayırıq. Paylaşdığım şəkillər də buna sübutdur”.

Culya Pastore hətta onu da əlavə edib ki, Tonali gələcəkdə başqa ölkə komandasına keçsə, onunla getməyə hazırdır: “Əgər legioner həyatı yaşasa, onunla olmaq üçün ailəmi də ataram”.

Qeyd edək ki, “Milan” Sandro Tonalini birdəfəlik transfer etmək istəsə, “Breşiya”ya daha 15 milyon avro ödəməlidir.