18:02 24-02-2021
news_image
131
FUTBOL

Yığmanı departament rəisinə tapşırdı - AFFA

15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, Fərrux İsmayılov bu posta gətirilib. 

Yaxın günlərdə bu təyinatın rəsmən açıqlanması gözlənilir.

Məşqçilik karyerasına “Bakı”da başlayan millinin keçmiş hücumçusu bu sahədə özünü son olaraq “Neftçi”də sınayıb.

Öncə U-17, daha sonra U-19-u çalışıb. Yayda buradan ayrılan İsmayılov AFFA-nın Kütləvi Futbol Departamentinin rəisi vəzifəsinə gətirilib.

O, yeni işində federasiyanın Texniki Direktoru postuna keçən Cahangir Həsənzadəni əvəzləyib.