19:51 24-02-2021
news_image
195
FUTBOL

Ən çox oyun buraxan 6 ulduz - zədə səbəbindən

Bir futbolçu üçün ən uğursuz hadisə ağır zədə almaqdır.

Apasport.az saytının məlumatına görə, bu amil bir böyük istedadın ulduz futbolçu olmasına mane olub.

Zədənin verdiyi ağrı ilə yanaşı, reabilitasiya dönəmi, meydançaya hansı formada qayıtmaq, yenidən zədələnmə qorxusu çoxuna psixoloji gərginlik yaradıb.

Bu yazıda isə son 4 mövsüm zədə ucbatından ən çox oyun buraxan ulduz futbolçuları sıraladıq.

1. Usman Dembele (“Barselona” - 85 oyun) – Neymarın PSJ-yə gedişindən sonra “Barselona”ya transfer edilən fransalı son 4 mövsümün ikisindən çoxunu zədə ucbatından kənarda keçirib.

2. Neymar (PSJ – 65 oyun) – Tez-tez zədələnməsi ilə gündəmə gələn braziliyalı forvardın, xüsusən də, PSJ-dən ayrılmaq istədiyi dönəmlərdə bu səbəbdən oyunları buraxması diqqətçəkən idi. “Sambaçı” iki dəfə mövsümün yarısını qaçırıb.

3. Radamel Falkao (“Qalatasaray” – 58 oyun) – “Qalatasaray”ın transfer etmək üçün dəridən-qabıqdan çıxdığı Falkao zədələrdən heç cür qurtula bilmir. Kolumbiya yığmasının üzvünün “cim-bom”da meydana çıxdığı oyun sayı kənarda qaldığı görüş sayından azdır. O, “Qalatasaray”da 40, “Monako”da isə 18 matçda iştirak etməyib.

4. Pol Poqba (“Mançester Yunayted” – 54 oyun) – “Mançester Yunayted”ə transferindən bəri performansında ciddi şəkildə geriləmə olan fransalı yarımmüdafiəçi, xüsusən də, komanda zəif olduğu vaxtlar “aradan çıxır”. O, “qırmızı şeytanlar”ın oyunlarının 1/3-nü kənardan izləməli olub.

5. Serxio Aquero (“Mançester Siti” – 51 oyun) – Son vaxtlar zədədən çox əziyyət çəkən argentinalı koronavirusa yoluxduğu üçün də əlavə 10 matçda meydana çıxmayıb. Aquero dizindəki problemdən heç cür qurtula bilmir.

6. Eden Azar (“Real” – 51 oyun) – “Çelsi”dəki son mövsümündə cəmi 4 oyun buraxan Azarın böyük ümidlərlə keçdiyi “Real”da başı ancaq zədələrə qarışıb. O, “kral klubu”nda olduğu müddətdə 10 dəfə zədələnib ki, bu da 47 görüşü buraxmasına yol açıb.