21:22 24-02-2021
news_image
102
FUTBOL

Millimizin rəqibi sağalsa da... – dəvət almaya bilər

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Portuqaliya yığmasının hücumçusu Dioqo Jota sağalıb.

Apasport.az saytının məlumatına görə, “Liverpul”un forvardı artıq məşqlərə başlayıb.

Bir müddətdir fərdi hazırlıq keçən 25 yaşlı oyunçu bu gün ilk dəfə komanda ilə birlikdə məşq edib. Ötən il dekabrın 9-da Çempionlar Liqasının qrup mərhələsində “Midtyulland”la görüşdə sıradan çıxan Jota qarşıdakı matçlarda iştirak edə biləcək.

Ancaq onun millimizlə gələn ay keçiriləcək matçda iştirakı sual altındadır. Buna səbəb İngiltərədə Portuqaliyadan gələn şəxslər üçün karantinə alınma qərarıdır.

Qeyd edək ki, Portuqaliya DÇ-2022-nin seçmə mərhələsində ilk oyununu martın 24-də məhz Azərbaycan millisinə qarşı keçirəcək. Görüş Lissabonda baş tutacaq.