08:55 25-02-2021
news_image
134
FUTBOL

Türkiyədə özünə yeni klub tapdı – millimizin müdafiəçisi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının futbolçusu Sərkan Aydın vətəni Türkiyədə komandasını dəyişib.

Apasport.az saytının məlumatına görə, 17 yaşlı sol cinah müafiəçisi “Kocaelispor”u tərk edib.

Kocaeli təmsilçisinin aşağı yaş qrupunda çıxış edən milliləşmiş oyunçu ayrılmaq üçün rəhbərliyə müraciət edib və icazə alıb. Sərkanın yeni komandası da artıq bəllidir. O, “Altınordu” ilə anlaşıb. İzmirə gedən gənc futbolçu “Altınordu”nun U-19 komandası ilə məşqlərə qoşulub.

Qeyd edək ki, Sərkan Aydın ötən ildən U-17 millimizə dəvət alır.