09:01 25-02-2021
news_image
89
FUTBOL

Mourinyoya çatdı - Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasında 81-ci qələbəsini qazanıb.

Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis bu göstəricidə Joze Mourinyoya çatıb.

Qvardiola buna 1/8 final mərhələsinin ilk oyununda nail olub. Mönhenqladbax “Borussiya”sına 2:0 hesabı ilə qalib gələn mançesterlilər mütəxəssisin Mourinyoya çatmasına səbəb olub. Pireneyli mütəxəssislər bu göstəricidə 4-cü yeri bölüşür.

Turnirin rekordçusu Aleks Ferqyusondur – 102 qələbə. Karlo Ançelottinin 89, Arsen Vengerin 86 qələbəsi var.