11:03 25-02-2021
news_image
97
FUTBOL

“Barselona”nın rekordunu təkrarladı – "Real"

İspaniyanın “Real” klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atalanta” ilə İtaliyadakı ilk oyununda say üstünlüyü qazanıb.

Apasport.az saytının məlumatına görə, bu, Madrid təmsilçisinin pley-off mərhələlərindəki rəqiblərinin 15-ci qırmızı vərəqəsi olub.

Berqamo təmsilçisinin yarımmüdafiəçisi Remo Froylerin meydandan qovulması ilə “Barselona”nın rekordu təkrarlanıb. “Real” rəqiblərinin aldığı qırmızı vərəqələrdə digər İspaniya klubuna çatıb. Başqa heç bir klub bu iki komanda qədər belə üstünlük qazanmayıb.

Qeyd edək ki, Madrid klubu say çoxluğundan yararlanaraq 1:0 hesablı qələbə qazanıb.