“Maksim” jurnalının növbəti qəhrəmanının kimliyi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, nəşrin üz qabığını fiqurlu konkisürən Yelizaveta Tuxtamışeva bəzəyib.
2015-ci ildə dünya çempionu olan rusiyalı “Maksim” üçün fotosessiyada pozalar verib. Jurnal onun gözəlliyini xüsusi vurğulayıb: “Liza Tuxtamışeva. Fiqurlu konkisürmənin ən yaxşı fiquru”.
Qeyd edək ki, Tuxtamışeva 2015-ci ildə Avropa çempionu tituluna da yiyələnib.