14:39 25-02-2021
news_image
95
FUTBOL

Koronavirusa 5 yoluxma – “İnter”də

“İnter” klubu yeni koronavirus testinin nəticələrini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, A seriyasının liderində bu dəfə futbolçular yox, klub rəsmiləri virusa yoluxublar.

İki idarəedici direktor Alessandro Antonello və Cüzeppe Matotta, həmçinin idman direktoru Pyero Ausilio, klub vəkili Ancelo Kapelyini və texniki heyət üzvünün testinin nəticəsi pozitiv çıxıb. Adıçəkilən şəxslər karantinə alınıb.

Qeyd edək ki, 23 turdan sonra “İnter” 53 xalla A seriyasına başçılıq edir.