15:44 25-02-2021
news_image
90
FUTBOL

Transferdən əl çəkdi – “Mançester Yunayted”

İngiltərənin “Mançester Yunayted” klubu Fransanın gənclərdən ibarət millisinin üzvü Jül Kundenin transferindən imtina edib.

Apasport.az saytının məlumatına görə, buna səbəb futbolçunun qiymətinin yüksək olmasıdır.

İspaniya “Sevilya”sı 22 yaşlı oyunçu üçün 79 milyon avro istəyir. Bu qiyməti şişirdilmiş hesab edən mançesterlilər müdafiəçi üçün belə məbləğ  verməkdən boyun qaçırıb.

Qeyd edək ki, Kunde cari mövsümün 33 oyununda 3 qol vurub.