16:10 25-02-2021
news_image
750
AVRO-2020

Milli üçün itki təhlükəsi - AVRO-2020-də

İngiltərə milli komandasının futbolçusu Cordan Henderson AVRO-2020-dən kənar qalmaq təhlükəsi ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, “Liverpul”un kapitanı zədə səbəbindən yaydakı yarışı buraxa bilər.

30 yaşlı yarımmüdafiəçinin 5 gün öncə “Everton”la görüşdə (0:2) aldığı zədə kifayət qədər ciddi olub. Hendersonun bərpası təxminən 6-12 həftə tələb edir. Bu da onun millinin “23-lüy”ünə düşməsinə mane ola biləcək.

Qeyd edək ki, AVRO-2020 iyunun 11-dən iyulun 12-dək qitənin 12 ölkəsində, o cümlədən Azərbaycanda keçiriləcək.