16:18 25-02-2021
news_image
167
FUTBOL

Arbitraj Tribunalına müraciət – “Qarabağ”dan

“Qarabağ” Uroş Matiçlə bağlı AFFA Apelyasiya Arbitraj Tribunalına müraciət ünvanlayıb.

Apasport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, AFFA İntizam komitəsinin 23 fevral 2021-ci il tarixli qərarına əsasən, “Sumqayıt” – “Qarabağ” oyununda 8 nömrəli futbolçunun formasında adının yanlış qeyd olunduğu əsas gətirilərək, futbol forması standartları pozulduğu üçün klub 3000 manat məbləğində cərimələnib.

Azərbaycan çempionu müraciətində bildirib ki, klub həmin matçda forma geyinməyən, 1 dəqiqə belə meydanda olmayan Uroş Matiçin forma standartlarının pozulması qərarı və cərimə ilə razılaşmır.

“Qarabağ” qərarın ləğvi üçün AFFA Apelyasiya Arbitraj Tribunalına İntizam Məcəlləsinin  uyğun bəndlərinə əsasən hazırlanmış müraciət göndərib.