17:24 25-02-2021
news_image
112
FUTBOL

Rusiyanın Milli Futbol Liqasının prezidenti oldu - Aleksandr Əliyev

Rusiyanın Milli Futbol Liqasına (MFL) prezident seçkiləri keçirilib.

Apasport.az saytının məlumatına görə, Aleksandr Əliyev qurumun prezidenti seçilib.

Bunadək Rusiya Futbol İttifaqının baş katibi olan funksionerə 22 klubdan 19-u səs verib. Onun rəqibi təşkilatın icraçı direktoru İvan Şabanov olub. Sonuncu 2020-ci ilin dekabrından İqor Yefremovu prezident vəzifəsində əvəz edirdi.

Qeyd edək ki, 41 yaşlı Əliyev 2007-ci ildən Rusiya Futbol İttifaqında çalışıb.