17:47 25-02-2021
news_image
100
FUTBOL

“İki epizoddan ən azı birində penalti var idi” – “Qəbələ”nin məşqçisi

“Maraqlı oyun oldu. Matça ciddi hazırlaşmışdıq. Rəqibi analiz etmişdik”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin məşqçisi Xaqani Məmmədov Azərbaycan Premyer Liqasının XVII turunda “Sumqayıt”la keçirilən oyun barədə danışarkən deyib.

Qəbələdə baş tutan görüşdə 1:0 hesablı qələbə qazanan “qırmızı-qaralar” rəqibi ilə aradakı xal fərqini 2-yə endirib. Baş məşqçi Elmar Baxşıyev cəzalı olduğundan, komandanın meydana buraxan köməkçi-məşqçi qarşılaşmadan sonra təəssüratlarını bölüşüb: “Komanda əzmkar, istəkli oyun göstərdi və qələbə qazandı. Hakimlər özləri də oyunu analiz edəcəklər. Düşünürəm ki, həmin epizodlara diqqətlə baxacaqlar. İki epizoddan ən azı birində penalti var idi. Cavabdeh olan orqanlar özləri baxıb, qərar verər. Rəqib komanda da yaxşı oyun göstərdi”.

45 yaşlı mütəxəssis bu oyuna mövqelərini qorumaq üçün çıxdıqlarını əlavə edib: “Çalışırdıq ki, xal qazanaq və mövqeyimizi qoruyaq. Futbolçular istəkli və layiqli oyun nümayiş etdirdi. Hakimlik barədə şikayət etməmişik. Amma qurumlar özləri baxacaq və bununla bağlı qərar verəcək. Ötən matçlarda da hakim səhvləri çox olub. Bu gün də penalti var idi. Cari mövsüm penalti vurmamışıq. Bunun nə ilə bağlı olduğunu bilmirəm”.