09:14 26-02-2021
news_image
120
FUTBOL

AVRO-2020 bir ölkəyə verilir? – iddia ilə bağlı yenilik

AVRO-2020-nin məkanı ilə bağlı daha bir iddia ortaya atılıb.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən bu ilə təxirə salınan qitə birinciliyinin yenidən bir ölkədə keçirilməsi gündəmə gəlib.

Yayılan informasiyaya əsasən, UEFA Azərbaycan da daxil olmaqla 12 ölkədə təşkili nəzərdə tutulan turnirin koronavirus pandemiyası səbəbindən İngiltərəyə verilməsini yenidən nəzərdən keçirir. Qitə futbol qurumu bununla bağlı hələlik rəsmi açıqlama verməyib. Yekun qərar apreldə bilinəcək.

UEFA səhiyyə məsləhətçisi olan həkim Daniel Koç Avropa çempionatının mütləq keçiriləcəyini söyləyib: “AVRO-2020-nin keçirilməmə ehtimalı yoxdur. Real və ən yaxşı ssenarimiz var. Aprelin sonuna qədər araşdırmalar davam edəcək”.

Qeyd edək ki, AVRO-2020 11 iyun – 11 iyul aralığında keçirilməlidir.