09:41 26-02-2021
news_image
124
FUTBOL

Ronaldo Messi ilə şərikdir - Levandovski öndə

Almaniyanın “Bavariya” klubunun futbolçusu Robert Levandovski “Qızıl buts” mükafatı uğrunda mübarizədə vahid liderdir.

Apasport.az saytının məlumatına görə, Bundesliqada 26 qol vuran polşalı hücumçu 52 xalla bütün rəqiblərini arxada qoyur.

Norveçin “Bode Qlimt” klubunun danimarkalı futbolçusu Kasper Yunker 27 qolla 40,5 xal toplayıb. İlk “üçlüy”ü digər Norveç təmsilçisi “Kristiansun”un şərəfini qoruyan Amxl Pelleqrino qapayır. O, 25 qolla 37,5 xala malikdir.

Liderləri Kriştianu Ronaldo (“Yuventus”), Lionel Messi (“Barselona”) və Andre Silva (“Ayntraxt”) izləyir. Bu oyunçular 18 qolla 36 xal toplayıb.