11:09 26-02-2021
news_image
167
FUTBOL

Buffon Kasilyası geridə qoydu – Taffarel 12-cidir

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ən yaxşı qapıçıların siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, qurum ən yaxşı qolkiperi müəyyənləşdirdiyi 1987-2020-ci illərin ümumi sıralamasını tərtib edib.

Cədvələ italiyalı Canluici Buffon başçılıq edir. İkinci sırada İker Kasilyas qərarlaşıbsa, “üçlüy”ü Petr Çex qapayıb.

Türkiyə “Qalatasaray”ının sabiq qolkiperi Klaudio Taffarel 130 xalla 12-ci olub.

1. Canluici Buffon (İtaliya) - 357
2. İker Kailyas (İspaniya) - 260
3. Petr Çex (Çexiya) - 218
4. Edvin van der Sar (Niderland) - 201
5. Manuel Noyer (Almaniya) - 200
6. Peter Şmeyxel (Danimarka) - 179
7. Oliver Kan (Almaniya) - 162
8. Xose Luis Çilavert (Paraqvay) - 146
9. Valter Zenqa (İtaliya) - 132
10. Andoni Subisaretta (İspaniya) - 132