15:25 26-02-2021
news_image
135
DİGƏR NÖVLƏR

Azad Rəhimovun səhhəti barədə açıqlama – müavinindən

Gənclər və idman nazirinin müavini İntiqam Babayev nazir Azad Rəhimovun səhhəti ilə bağlı son durumunu açıqlayıb.

İ.Babayev APA-ya açıqlamasında bildirib ki, Azad Rəhimovun vəziyyəti hazırda yaxşılaşmağa doğru gedir: 

"Hər gün nazirlə birbaşa əlaqə saxlayırıq. Bütün lazımi tapşırıqlar verilir. Ümid edirik ki, tezliklə müalicə tam bitəcək və nazir işinin başına dönəcək".