15:14 28-02-2021
news_image
1067
FUTBOL

Rahil Məmmədovu aşağı liqaya göndərir - AFFA

AFFA daha bir futbolçunun legioner həyatı yaşaması üçün vasitəçilik etmək fikrindədir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, “Qarabağ”ın müdafiəçisi Rahil Məmmədov da karyerasını ölkə xaricində davam etdirə bilər.

Assosiasiya milli komandamızın mərkəz müdafiəçisinin Türkiyə klubu “Altınordu”ya keçməsində maraqlıdır. Birinci liqa təmsilçisinin daim Super Liqa klublarının diqqət mərkəzində olması 26 yaşlı oyunçunun gələcəkdə elitaya yüksəlməsinə də təkan verə bilər. Hətta İzmir klubu özü də hazırda Super Liqaya vəsiqə uğrunda mübarizə aparar.

Klub rəhbərliyi oyunçunun keçidində maraqlı olarsa, Məmmədov yayda ora azad agent kimi yollanacaq. Çünki onun “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədərdir.

Qeyd edək ki, Azərbaycan millisinin digər futbolçusu – hücumçu Ramil Şeydayev Portuqaliya klubu “Boavişta”ya təklif olunub.