17:28 26-02-2021
news_image
544
FUTBOL

“Molde” çatdı, “Reyncers” keçdi – “Qarabağ”ı

Klubların son 10 il üçün UEFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 2011/12 mövsümündən sonrakı dövrü əhatə edən reytinqə İspaniya “Real”ı başçılıq edir.

Madrid klubunun 364 xalı var. Almaniya “Bavariya”sı 300 xalla ikincidir. İlk “üçlüy”ü “Barselona” qapayır. İspaniya təmsilçisinin aktivində 300 xal var.

Avropada onilliyin ən yaxşı 200 komandası sırasında Azərbaycan 1 klubla təmsil olunub. Bu, ardıcıl 7 dəfə avrokubokların qrupunda oynamış “Qarabağ”dır.

Ağdam klubunun 31,500 xalı var. Qurban Qurbanovun yetirmələri Avropada 105-ci yerə şərikdir.

Bir müddət əvvəl 104-cü sırada qərarlaşan ağdamlılar geriləyib. Buna Şotlandiya “Reyncers”inin Avropa Liqasının 1/16 finalında uğurla oynamasıdır. Qlazqo təmsilçisi “Qarabağ”ı arxada qoyub.

Üstəlik, Qurbanovun yetirmələri 105-ci sırada da tək deyil. Təmsilçimizi cari mövsüm Çempionlar Liqasından kənarlaşdıran Norveç “Molde”si də 10 ildə eyni qədər xal toplayıb. Skandinaviyalılar da Avropa Liqasında 1/8 finala yüksəlmək sayəsində irəliləyib.