22:04 26-02-2021
news_image
180
FUTBOL

Çalhanoğlunun durumuna aydınlıq gəldi – “Milan” rəsmisi açıqladı

“Milan” yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamağa yaxındır.

Apasport.az saytının məlumatına görə, bunu “rossonyerlər”in idman direktoru Riki Massara deyib.

O bildirib ki, Türkiyə millisinin üzvü ilə danışıqlar son mərhələdədir: “Oyunçularımızın dəyərinin fərqindəyik və yeni sözləşmələr üçün çalışırıq. Hakan Çalhanoğlu ilə danışıqları yekunlaşdırmaq üzrəyik. Tezliklə onunla münasibətləri rəsmiləşdirəcəyimizə əminik”.

Massara həmçinin qapıçı Canluici Donnarumma ilə danışıq apardıqlarını da söyləyib.

Qeyd edək ki, “Milan” Hakan Çalhanoğluya yeni sözləşmə qarşılığında illik 4 milyon avro maaş təklif edib.