22:55 26-02-2021
news_image
133
DİGƏR NÖVLƏR

Səssizliyə son qoydu - Mariya Şarapova

Sabiq tennisçi Mariya Şarapova yenidən diqqət mərkəzinə düşüb.

Apaspoert.az saytının məlumatına görə, bir vaxtlar tennis kortlarının bəzəyi olan rusiyalı ulduz “Forbes” nəşrinin üz qabığını bəzəyib.

Şarapova jurnala geniş müsahibə də verib. Bu, onun tennislə vidalaşdıqdan sonra ilk geniş müsahibəsi olub.

Qeyd edək ki, Mariyanın son turniri ötən il keçirilən Avstraliya açıq çempionatıdır. Yarışa “wide-card”la qatılan tennisçi birinci mərhələdə uduzub.