21:43 26-02-2021
news_image
120
FUTBOL

Atasının dəfninə gedə bilməyəcək – ulduz futbolçu

“Liverpul”un qapıçısı Alisson Beker atasının dəfn mərasimində iştirak edə bilməyəcək.

Apasport.az saytının məlumatına görə, buna səbəb koronavirus pandemiyası ilə bağlı yaranmış məhdudiyyətlərdir.

Futbolçu Braziliyaya uçmaq üçün yol tapmağa çalışsa da, sonda İngiltərədə qalmalı olub. Çünki İngiltərə hökumətinin qərarına əsasən, Braziliyaya gedən şəxs döndükdən sonra 10 gün oteldə karantin şəraitində qalmalıdır. “Liverpul” rəhbərliyi üç həftə sonra Alissona ölkəsinə yollanmaq və orada 5 gün qalmaq üçün şərait yaradılacağına söz verib.

Qeyd edək ki, Alisson Bekerin atası Joze Beker 57 yaşında bağ evinin yaxınlığındakı göldə üzərkən boğularaq ölüb.