23:03 26-02-2021
news_image
148
FUTBOL

Mətbuat konfransını yarımçıq tərk etdi - burnundan qan açıldığı üçün

“Barselona”nın baş məşqçisi Ronald Kuman xoşagəlməz hadisə yaşayıb.

Apasport.az saytının məlumatına görə, niderlandlı mütəxəssisin mətbuat konfransı vaxtı burnundan qan açılıb.

La Liqanın XXV turunda “Sevilya” ilə sabah keçiriləcək oyundan əvvəl jurnalistlərin önünə çıxan Kumanın burnundan anidən qan axıb. Bu səbəbdən o, dərhal zalı tərk edib. Bildirilir ki, 58 yaşlı mütəxəssis son həftələrdə ikinci dəfədir belə halla üzləşir. Klubun həkimləri bunun Kumanın qəbul etdiyi bir neçə dərmanın təsirindən ola biləcəyini açıqlayıb.

Qeyd edək ki, Ronald Kuman ötən il ürəyindən əməliyyat olunub.