00:52 27-02-2021
news_image
177
FUTBOL

“O, tarixin ən böyük futbolçusudur” - İbrahimoviç

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç ilk dəfə özünü deyil, başqa bir futbolçunu tərifləyib.

Apasport.az saytının məlumatına görə, isveçli superulduz braziliyalı sabiq hücumçu Ronaldo heyranı olduğunu etiraf edib.

Veteran futbolçu “yekədiş”i futbol tarixinin ən yaxşısı adlandırıb: “İki cür futbolçu var: oyunu oynayanlar və oyunun özü olanlar. Mənim üçün Ronaldo oyunun özüdür. Onu izləyən hər kəs o cür oynamaq istəyərdi”.

Zlatan “sambaçı”nın, xüsusən də, DÇ-2002-dəki çıxışı ilə hər kəsi valeh etdiyini söyləyib: “Ronaldonun hərəkətləri, addım atmaq forması ilə mənə görə tarixin ən böyük futbolçusudur”.

Qeyd edək ki, Zlatan İbrahimoviç “İnter”də oynadığı zaman həmin vaxt “Milan”ın formasını geyinən Ronaldoya rəqib olub.