10:13 27-02-2021
news_image
361
FUTBOL

Yayda klubsuz qalacaq ulduzlar – rəmzi komanda

Yayda müqaviləsi başa çatacaq futbolçuların rəmzi komandası tərtib olunub.

Apasport.az saytının məlumatına görə, potensial azad agentlərin “11-liy”ində ulduz futbolçular da yer alıb.

“SunSport”un hazırladığı heyətdə Lionel Messi və Serxio Ramos kimi oyunçular da daxil olub.

Canluici Donnarumma (“Milan”)
Elseid Husay (“Napoli”)
Serxio Ramos (“Real”)
David Alaba (“Bavariya”)
Xuan Bernat (PSJ)
Jorjinyo Veynaldum (“Liverpul”)
Florian Toven (“Marsel”)
Anxel Di Mariya (PSJ)
Memfis Depay (“Ayaks”)
Lionel Messi (“Barselona”)
Serxio Aquero (“Mançester Siti”)

Qeyd edək ki, artıq bu oyunçuların hər biri yeni klubu ilə ilkin müqavilə bağlamaq hüququna malikdir.