10:46 27-02-2021
news_image
154
FUTBOL

İlkə imza atdı – “Sabah”ın legioneri

Azərbaycan Premyer Liqasının XVII turunda 5 futbolçu cəzalı duruma düşüb.

Apasport.az saytının məlumatına görə, sarı vərəqə limitini dolduran oyunçular martın 2-3-də keçiriləcək növbəti turu buraxacaq.

Bu futbolçulardan dördü mövsümdə 4-cü dəfə xəbərdarlıq görüb. Mario Marina isə “rekord” vurub.

“Sabah”ın legioneri mövsümdə ikinci dəfə sarı vərəqə limitini dolduran ilk oyunçudur. O, 8-ci xəbərdarlığa görə turu  buraxacaq. Marina “Neftçi” ilə qarşılaşmada “dincələcək”.

“Qəbələ”nin itkiləri daha çoxdur. Əyalət təmsilçisi iki oyunçusunu itirib. Rafael Utriq və Cavid Hüseynov “Qarabağ”la görüş öncəsi sarı vərəqə sayını 4-ə çatdırıb.

“Səbail” – “Keşlə” görüşündə iki futbolçu iştirak etməyəcək. Komandaların hərəsində bir itki var. Urfan Abbasov meydan sahiblərinə, Silvio Rodriges qonaqlara kömək edə bilməyəcək.