11:48 27-02-2021
news_image
137
DİGƏR NÖVLƏR

386 milyon dollar ziyana düşdü – “Formula-1”

“Formula-1” 2020-ci ilin maliyyə hesabatını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyasının tüğyan etdiyi il yarışa böyük ziyan vurub.

“Formula-1” il ərzində 386 milyon dollar zərər çəkib. Gəlirlər 44 faiz azalıb.

2019-cu ildə gəlirləri 2 milyard təşkil edən yarış ötən il 1,1 milyardla kifayətlənib. Komandaların mükafat fondu 1 milyarddan 711 milyona enib.

“Formula-1”in ziyana düşməsinin səbəbi koronavirus səbəbindən bəzi mərhələlərin keçirilməməsi və tamaşaçıların yarışa buraxılmamasıdır. Əvəzində teleyayımdan gələn gəlir 2 qat artsa da, ziyanı tam bağlaya bilməyib.