12:19 27-02-2021
news_image
211
FUTBOL

“Catharsis” qrupunun tərkibində konsertə qatıldı – rusiyalı hakim

Rusiyalı futbol hakimi Sergey Karasyov qeyri-adi xəyalını gerçəkləşdirib.

Apasport.az saytının məlumatına görə, referi konsertdə iştirak edib.

O, təkcə fit deyil, gitara çalmaq bacarığını da nümayiş etdirməyə müvəffəq olub. Musiqiyə marağını çoxdan büruzə verən Karasyov “Catharsis” qrupunun tərkibində konsertə qatılıb.

Rusiyalı ədalət təmsilçisi musiqi sevgisini açıq göstərən ilk futbol adamı deyil. Kvinsi Promesin rep oxumasını bütün dünya yaxşı bilir. Qolkiper Peter Çexin baraban ifaları da çoxdan yayılıb. Lakin musiqi təkcə onların deyil, çoxlarının qəlbini fəth edib.