13:44 27-02-2021
news_image
257
DİGƏR NÖVLƏR

Azərbaycan millisi Avropa çempionatına yollanır – tək ümid Kopellodur

Gələn həftə atletika üzrə qapalı məkanlarda Avropa çempionatı keçiriləcək.

Apasport.az saytının məlumatına görə, martın 5-də start götürəcək çempionatın bütün iştirakçılarının yekun siyahısı açıqlanıb.

Azərbaycan millisi Polşanın Torun şəhərindəki yarışda bir idmançı ilə təmsil olunacaq. Martın 5-7-dəki yarışda Aleksis Kopelo mükafatlar uğrunda mübarizə aparacaq.

Üctəkanla tullanmada mübarizə aparacaq 36 yaşlı veteran yarışın favoritlərindən sayılır. Şəxsi rekordu 17,24 olan Kopello bu növdə mübarizə aparacaq 13 ölkənin 14 atleti arasında 3-cü göstəriciyə malikdir.

Qeyd edək ki, çempionatda ümumilikdə 405 kişi və 328 qadın atleti yarışacaq.