14:28 27-02-2021
news_image
200
FUTBOL

Futbolçular baş məşqçinin istefasını xahiş etdi – rəhbərlik “yox” dedi

Almaniya Bundesliqasının autsayderi “Şalke”nin düşərgəsində növbəti xoşagəlməz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, futbolçular klub rəhbərliyinə müraciət ünvanlayıb.

Bu, Dortmund “Borussiya”sına 0:4 hesablı məğlubiyyətdən sonra baş verib. Oyunçular rəhbərlikdən baş məşqçinin istefasını istəyib.

Yekdil olan futbolçuların xahişi rədd edilib. Rəhbərlik baş məşqçi Kristian Qrossun arxasında duracağını göstərib.

Qeyd edək ki, “Şalke” 9 xalla sonuncu pillədə qərarlaşıb.