İtaliyanın “Milan” klubu “Latsio”nun hücumçusu Çiro İmmobileni transfer etməyi planlaşdırır.
Apasport.az saytının məlumatına görə, “rossonyeri” bu keçidi yayda gerçəkləşdirmək niyyətindədir.
İmmobilenin Roma təmsilçisi ilə müqaviləsi 2025-ci ildə başa çatacaq. Buna görə də “Milan” bombardir üçün 45 milyon avro ödəməli olacaq.
Qeyd edək ki, Çiro cari mövsümün 27 oyununda 19 qol vurub.