17:42 27-02-2021
news_image
322
DİGƏR NÖVLƏR

İntihar etdi - yetirmələrinə qarşı zorakılıq tətbiq edən məşqçi

İdman gimnastika üzrə ABŞ millisinin sabiq məşqçisi Con Qeddert intihar edib.

Apasport.az saytının məlumatına görə, buna səbəb ona yetirmələrinə qarşı zorakılıq tətbiq etməklə bağlı ittiham irəli sürülməsi olub.

Qeddert uzun illər yığmaya rəhbərlik edib. Komandanı Olimpiya Oyunlarına hazırlayan mütəxəssis idmançılara qarşı qəddar rəftarı ilə seçilib.

Zədəli və xəstə gimnastları da məşq etməsini istəyən məşqçi onların sağlamlığına başqa problemlərin yaranmasına yol açıb. Yetirmələrini hədə-qorxu içində saxlayan məşqçi gimnastlara seksual xarakterli zorakılıq da tətbiq edib. İttihamın irəli sürülməsindən bir neçə saat sona mütəxəssis intihara üstünlük verib.

Qeyd edək ki, Qedderti 10 il həbs cəzası gözləyirdi.