21:39 27-02-2021
news_image
184
FUTBOL

Varanı satır – “Real”

İspaniyanın “Real” klubu futbolçusu Rafael Varanı satmağa hazırdır.

Apasport.az saytının məlumatına görə, fransalı müdafiəçinin 2022-ci ildə başa çatacaq müqaviləni uzatmaq istəməməyi də Madrid klubunun qərarında rol oynayıb.

La Liqa təmsilçisi belə vəziyyətdə mümkün qədər pul qazanmaq üçün futbolçusunu satmağı daha düzgün hesab edir. Bu üzdən də klub rəhbərliyi fransalının keçidindən yaxşı qazanmaq niyyətindədir.

Qeyd edək ki, Varan cari mövsüm La Liqada 23 oyuna 2 qol vurub.