12:22 28-02-2021
news_image
187
FUTBOL

Levandovkiylə eyni qədər – Emreliylə Volkov

Azərbaycan futbolunda 2021-ci ilin 2-ci ayı da arxada qalıb.

Apasport.az saytının məlumatına görə, klublarımız növbəti görüşlərini martda keçirəcək.

Arxada qalan yanvar və fevralın ən məhsuldar oyunçuları da müəyyənləşib. Bu gün açıqlanan “Böyük beşlik” klublarının bombardirləri cədvəlinə başçılıq edən Lionel Messi 13 top vurubsa, Azərbaycandakı qolçular ondan çox geri qalır.

İlkin ilk iki ayında ən çox fərqlənənlər Mahir Emreli və Davit Volkovdur. Onlar hərəsi 6 dəfə rəqib qapısına yol tapıb.

Hər iki oyunçu Premyer Liqada 4, kubokda 2 dəfə sevinib. Düzdür, Emreli legionerlər müqavisədə bir matç çox keçirib. Lakin istənilən halda onların şərikli rekordu 6-ya bərabərdir. Cütlük birlikdə belə Messiyə çata bilməyib. Onlar həmin siyahıda olan Robert Levandovski ilə eyni qədər fərqlənib. Polşalı 12 qolu təkbaşına, onlar isə birlikdə - hərəyə 6 dəfə vurub.

İlin bombardirləri siyahısında 3-cü yerə üç qol vuranlar qərarlaşıb. 
Kevin Kubemba (“Sabah”), Amil Yunanov, Əfran İsmayılov (hər ikisi “Səbail”), Ceyms Adeniyi (“Qəbələ”) və Patrik Andrade (“Qarabağ”) bunu bacaran oyunçulardır.