16:36 28-02-2021
news_image
136
FUTBOL

Messi və Ronaldonu istədiyini təsdiqlədi – Devid Bekhem

“İnter Mayami”nin sahibi Devid Bekhem ən böyük arzusunu açıqlayıb.

Apasport.az saytının məlumatına görə, ötənlərin əfsanəvi futbolçusu “Barselona” və “Yuventus”un superulduzu Lionel Messi ilə Kriştianu Ronaldonu MLS təmsilçisinə cəlb etmək niyyətini açıqlayıb.

O, bunun üçün əllərindən gələni etdiklərini bildirib: “Azarkeşlərimizin komandada böyük ulduzlar görmək istədiklərini bilirik. Hazırda Qonsalo İquain və Blez Matuidi kimi parlayan similar bizimlədir. Gələcəkdə də bu ənənəni davam etdirmək istəyirik. Oyunçular komandaya uyğun və ehtirası olmalı, eyni zamanda qələbə qazanmaq üçün çalışmalıdırlar. Əlbətdə ki, Messi və Ronaldo kimi möhtəşəm futbolçular komandaya cəlb etmək istəyirik. Mayami hər kəs üçün əla yerdir”.

Qeyd edək ki, hazırda Ronado A seriyasında, Messi ilə La Liqada 19 qolla bombardirlər yarışına başçılıq edir.