17:07 28-02-2021
news_image
147
FUTBOL

Baş məşqçi ilə başlayan 5 istefa – Bundesliqa klubunda

“Şalke”də növbəti istefa baş tutub.

Apasport.az saytının məlumatına görə, bu dəfə bir yox, 5 nəfər vəzifəsini tərk edib.

Bundesliqanın XXIII turunda “Ştutqart”a 1:5 hesablı məğlubiyyətdən sonra baş məşqçi Kristian Qross və köməkçisi Rayner Vidmayer qovulub.

Həmçinin klubun idman direktoru Yohen Şnayder istefa verdiyini bildirib. Eyni zamanda oyunçuların lisenziyalaşdırma şöbəsinin koordinatoru Saşa Riter və rəhbəri Verner Loythardt vəzifəsini tərk edib.

Qeyd edək ki, “Şalke” hazırda Bundesliqada sonuncu pillədə qərarlaşır.