19:43 28-02-2021
news_image
125
FUTBOL

Ən populyar gənclər – "10-luq"

Yaşıl meydanlarda parlaq çıxışı ilə azarkeşlərin sevimlisinə çevrilən futbolçuların sosial mediada izləyiciləri də gündən-günə artır.

Apasport.az saytının məlumatına görə, oyunçular, xüsusən də, tvitterdəki fəallıqları sayəsində fanatlar tərəfindən diqqətlə izlənilir.

Gənc yaşda ulduzlar sırasına qoşulan 21 yaşadək futbolçular arasında tvitterdə ən çox izləyici “Real”ın hücumçusu Vinisyusa məxsusdur. 20 yaşlı braziliyalının hazırda 2 milyon izləyicisi var. Onun ən yaxın təqibçisi olan Meyson Qrinvud heç 1 milyona çatmayıb. Hazırda Qrinvud 841 min izləyiciyə sahibdir.

İlk “üçlüy”ü Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Reyner Jesuş (733 min) qapayır. 21 yaşı tamam olmayan oyunçulardan sıralamada digər yerləri müvafiq olaraq Dioqo Dalot (“Milan” – 643 min), Rodriqo (“Real” – 614 min), Cedon Sanço (“Borussiya”, Dortmund – 584 min) və Erlinq Haland (“Borussiya”, Dortmund – 583 min) tutublar.