11:11 01-03-2021
news_image
693
FUTBOL

“O, daim əhval-ruhiyyəmi artırır” – sevgilisi Ronaldo haqda

“Yuventus”un hücumçusu Kriştianu Ronaldonun sevgilisi Corcina Rodriges maraqlı açıqlamalarla diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, tanınmış model 2016-cı ildən bir yerdə yaşadığı portuqaliyalı superulduz haqda danışıb.

Rodriges 36 yaşlı forvarddan çox şey öyrəndiyini etiraf edib: “O, daim əhval-ruhiyyəmi artırır. İlk vaxtlar yanında məşq etməyə utanırdım. Çünki o, Kriştianu Ronaldodur. Amma getdikcə böyük sevgisi ilə mənə motivasiya verdi. Ailə mənim üçün hər şeydən öndə gəlir. Bu səbəbdən uşaqlar və Ronaldo ilk sıradadır”.

2018-ci ildən Turində yaşadıqlarını söyləyən Rodriges çox xoşbəxt olduqlarını deyib: “Uşaqların həyətdə oynaya biləcəyi böyük bir evdə qalırıq. Burada heç nədən ötrü darıxmırıq, çox xoşbəxtik. Düzdür, çölə rahat çıxa bilmirik. Amma maska sayəsində bəzən tanınmadan küçədə gəzə bilirik. Kriştianu əla ata və xəyalını qura biləcəyim ən mükəmməl yoldaşdır”.

Corcina sevgilisinin məğlub olduqları matçlardan sonrakı əhvalından da danışıb: “Əgər oyun istədiyi kimi getmirsə, əlbəttə ki, məyus olur. Amma o, futbolda məğlubiyyətin də olduğunu qəbul edir və daha yaxşı olmağa çalışır. Özünü tənqid edir, məsuliyyət hiss edir və işini sevərək görür”.