15:03 01-03-2021
news_image
140
FUTBOL

Klubları cəzalandırdı – AFFA

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XVII turunda baş verənlər müzakirə olunub.

Komitə üzvləri xoşagəlməz hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

“Sumqayıt”la ev oyununda 6 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qəbələ” 800 manat cərimə olunub. “Sabah” – “Keşlə” oyununda hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar hərəyə 800 manat ödəyəcək. “Zirə”nin qonağı olan “Neftçi” də eyni səbəbdən analoji cəzaya məruz qalıb.